<aside> <img src="/icons/warning_red.svg" alt="/icons/warning_red.svg" width="40px" /> Bu səhifədəki zəiflikləri yalnız öz laboratoriyanda və ya yazılı icazən olan sistemlərdə sına. Səhifə hücum mexanizmini və müdafiəsini izah edir — hazır exploit kodu vermir.

</aside>

Ana Səhifəyə Qayıt

Last updated: 2026-08-09

OWASP Top 10 — web tətbiq təhlükəsizliyində ən kritik 10 risk kateqoriyasını sıralayan standart sənəddir. Bu səhifə 2025 buraxılışını əhatə edir və onu əvvəlki 2021 siyahısı ilə müqayisə edir. Web təhlükəsizliyinə yeni başlayanlar və 2021 siyahısını əzbər bilib yeniləməli olanlar üçündür.

<aside> <img src="/icons/exclamation-mark_yellow.svg" alt="/icons/exclamation-mark_yellow.svg" width="40px" /> Diqqət: İnternetdəki əksər dərslik və kurslar hələ də 2021 siyahısını öyrədir. Müsahibədə və ya sertifikat imtahanında hansı versiyanın soruşulduğunu aydınlaşdır — kateqoriya nömrələri dəyişib.

</aside>


Bu Səhifənin İçindəkilər


Ön şərtlər


2025 siyahısı

# Kateqoriya Qısa izah
A01:2025 Broken Access Control İstifadəçi öz səlahiyyətindən kənar məlumata və ya əməliyyata çata bilir. SSRF artıq bu kateqoriyaya daxildir.
A02:2025 Security Misconfiguration Default parollar, açıq debug rejimi, lazımsız açıq portlar, səhv icazələr
A03:2025 Software Supply Chain Failures YENİ. Asılılıqlar, build sistemləri və paylanma infrastrukturu üzərindən kompromis
A04:2025 Cryptographic Failures Zəif və ya səhv tətbiq edilmiş şifrələmə, açıq ötürülən həssas məlumat
A05:2025 Injection SQL, NoSQL, OS command, LDAP injection və XSS
A06:2025 Insecure Design Dizayn mərhələsində buraxılmış struktur qüsurlar — kodla düzəldilə bilməz
A07:2025 Authentication Failures Zəif parol siyasəti, session idarəsi qüsurları, brute-force müdafiəsinin olmaması
A08:2025 Software or Data Integrity Failures İmzalanmamış yeniləmələr, etibarsız deserializasiya, CI/CD boru xəttinin qorunmaması
A09:2025 Security Logging & Alerting Failures Hadisələr qeyd olunmur və ya qeyd olunsa da heç kim xəbərdar edilmir
A10:2025 Mishandling of Exceptional Conditions YENİ. Səhv error handling, məntiq xətaları, 'fail open' davranışı

2021 → 2025: nə dəyişdi?

İki yeni kateqoriya